DÜNYA


Ermənistanda ərzaq məhsullarının qiyməti artır

Bakı, 11 may, AZƏRTAC 

Bu ilin aprelində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda unun qiyməti 6,2, çörəyin isə 5,3 faiz artıb. Ən çox qiymət artımı isə toyuq ətində (13,4 faiz) qeydə alınıb. Bu ölkədə mal əti, digər məhsulların da qiyməti əhəmiyyətli dərəcədə artıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, rəsmi rəqəmləri şərh edən iqtisadçı Suren Parsyan jurnalistlərə müsahibəsində bahalaşma prosesinin davam edəcəyini deyib.

İqtisadçının sözlərinə görə, toyuq ətinin bahalaşmasının səbəbi 2019-cu il yanvarın 1-dən gömrük rüsumlarının 4 faiz artmasıdır. Ermənistan bu məhsula tələbatını ABŞ-dan idxal edilən toyuq budları hesabına ödəyir. Un və çörəyin qiymətlərinin artması isə bu sahədə inhisarçılığın güclənməsi ilə bağlıdır. Digər tərəfdən, bu ölkənin buğdaya olan tələbatı da idxal hesabına təmin edilir. Hazırda Ermənistanda böyük taxıl qıtlığının olduğu bildirilir.

Parsyan qeyd edib ki, Ermənistan hökuməti kənd təsərrüfatının inkişafı ilə ciddi məşğul olmur. Ölkədə bu sahədə həyata keçirilən layihələr də çox risklidir. Kənd Təsərrüfatı Nazirliyinin optimallaşdırılması adı altında onun ləğv olunaraq İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi üzrə həyata keçirilən tədbirlər də öz mənfi təsirini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.