DÜNYA


Ermənistanda hərbi hissədə baş verən partlayış nəticəsində hərbçi xəsarət alıb

Bakı, 24 noyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Xndrzoresk yaşayış məntəqəsində yerləşən hərbi hissəsinin bölmələrindən birinin cavabdehliyində olan mövqedə partlayış baş verib.

AZƏRTAC erməni KİV-inə istinadla xəbər verir ki, güclü partlayış səsi eşidən mülki şəxslər qorxduqları üçün rayon rəhbərliyinə və polis şöbəsinə məlumat veriblər.

Xəbərdə bildirilir ki, Xndrzoresk yaşayış məntəqəsində yerləşən 2-ci əlahiddə atıcı taborun Artur D. adlı hərbi qulluqçusu partlayışdan sonra hərbi hospitala təxliyə edilib.

Faktla bağlı araşdırma aparılsa da, rəsmi məlumat verilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.