SİYASƏT


Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Sidneydə anılıb

Kanberra, 25 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun Gəncəyə raket hücumu nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Avstraliyanın Sidney şəhərində yaşayan Azərbaycan və türk icması tərəfindən anılıb.

AZƏRTAC xəbər verir ki, Sidneydə yerləşən “Türk evi”nin qarşısında Güney Azərbaycan Demokratik Türk Birliyi və Avstraliya Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilən mərasimdə Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə raket hücumları və bunun nəticəsində mülki şəxslərin həlak olması qəti şəkildə pislənib.

Mərasimə Azərbaycan və Avstraliya bayraqları ilə qatılan iştirakçılar Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla günahsız mülki insanların yuxuda olarkən öldürüldüklərini xatırladaraq bu müharibə cinayətinin təşkilatçılarının beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Gəncədə həyatını itirənlər üçün “Türk evi”nin qarşısındakı guşəyə çələnglər və güllər qoyan tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyaraq Azərbaycan Ordusunun işğal altında olan torpaqları tezliklə azad etməsini diləyiblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.