DÜNYA


Ermənistanın keçmiş baş nazirinin qardaşı qanunsuz odlu silah saxladığı üçün həbs edilib

Bakı, 9 avqust, AZƏRTAC 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) 2008-ci il martın 1-dən 2-nə keçən gecə baş verən hadisələrlə bağlı apardığı cinayət işi çərçivəsində keçirilən əməliyyat-kəşfiyyat fəaliyyəti nəticəsində keçmiş baş nazir Hovik Abrahamyana məxsus xeyli sayda silah və döyüş sursatının Ambik Qevorqyanın Ararat şəhərindəki Mxçyan keçmiş mexaniki təmir-bərpa zavodunda qanunsuz saxlanılması məlum olub.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, MTX-nin mətbuat mərkəzinin məlumatına görə, qanunsuz saxlanılan silah və döyüş sursatları, o cümlədən 3 pulemyot, “AK-74” markalı 7 avtomat, 2 ədəd “SVD” snayper, müxtəlif tipli 3 tüfəng, digər silahlar və müxtəlif çaplı xeyli sursat 2018-ci il avqustun 6-da və 7-də Xidmətin əməkdaşları və polis tərəfindən aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı Ambik Qevorqyan və Hovik Abrahamyanın qardaşı Henrik Abrahamyan qanunsuz odlu silah və döyüş sursatlarının saxlanılması ilə əlaqədar şübhəli şəxs qismində həbs olunublar. İlkin istintaq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.