DÜNYA


Estoniya Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib

Tallinn, 24 aprel, AZƏRTAC

Estoniya Prezidenti Kersti Kalyulayd "İsamaa", EKRE və Mərkəzçi partiyaların birgə təklif etdiyi hökumətin tərkibini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Estoniya Prezidenti və koalisiya hökumətində birləşmiş üç partiyanın sədri birgə mətbuat konfransı keçiriblər. Mərkəzçi Partiyanın sədri Yuri Ratas çıxışında Prezidentə təklif olunmuş hökumətin tərkibini təsdiqlədiyi üçün təşəkkür edib.

Estoniya Prezidenti çıxışında bildirib ki, demokratiyanın əsas tələblərindən biri çoxluğun koalisiyasına nail olmağı bacaranların hakimiyyətə gəlməsidir. Lakin çox vacibdir ki, bu hakimiyyət onlara səs verməyənləri də təmsil etmək məsuliyyətini öz çiyinlərində daşısın.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.