DÜNYA


Estoniyada koronavirusun Britaniya ştammına 80 yoluxma faktı qeydə alınıb

Tallin, 2 mart, AZƏRTAC

Estoniyada bu günə qədər koronavirusun Britaniya versiyasına 80-dən çox yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Estoniya Səhiyyə Departamenti yayıb.

Bildirilib ki, Səhiyyə Departamenti Tartu Universitetindən və Avropa Yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə (ECDC) referens-laboratoriyasından ştammların identifikasiyasını və tam genomun təyin edilməsini sifariş edəcək.

Qeyd edilir ki universitet ölkə xaricindən gələnlərin və naməlum yoluxma mənbəyinə sahib olan xəstələrin müsbət test nümunələrini təhlil edir. Ötən cümə günü Səhiyyə Departamenti ECDC-dən 195 nümunəyə dair cavab alıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.