Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Euractive” platforması “Qafqaz: Ermənistanın “yeni ərazilər üçün yeni müharibəsi” sərlövhəli məqalə yayıb

“Euractive” platforması “Qafqaz: Ermənistanın “yeni ərazilər üçün yeni müharibəsi” sərlövhəli məqalə yayıb

Brüssel, 29 iyul, AZƏRTAC

İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatlar və bununla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən törədilən vandalizmlər fonunda Ermənistanın məkrli simasının beynəlxalq arenada bir daha ifşa edilib. Xüsusilə Brüsseldə – Avropanın siyasi paytaxtında məhz Avropa İttifaqı müstəvisində Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Belə ki, son günlər “Euractive”, “EU Reporter”, “Diplomat Magazine”, Avropa İttifaqının siyasəti üzrə ixtisaslaşmış və geniş oxucu kütləsinə malik digər bu kimi multimedia platformalarında Ermənistanın son hərbi təxribatları barədə silsilə yazılar dərc edilib. Məhz bu məqalələr ölkəmizin maraqlarının və ədalətli mövqeyinin dünya birliyinə düzgün və vaxtında çatdırılması üçün etibarlı mexanizm kimi nəzərdən keçirilməlidir. Hesab edirik ki, müvafiq istiqamətdə davamlı fəaliyyət Aİ də daxil olmaqla bütün çoxtərəfli əməkdaşlıq platformlarında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin azad edilməsi istiqamətində aparılan danışıqlarda siyasi qərarvericilərə təsirsiz ötüşməyəcək.

AZƏRTAC xəbər verir ki, bu kontekstdə “Euractive” müstəqil media şəbəkəsində yayımlanmış “Qafqaz: Ermənistanın “yeni ərazilər üçün yeni müharibəsi” sərlövhəli məqalədə Ermənistanın işğalçı siyasəti açıq-aydın ifşa edilir.

Məqalənin müəllifi, Təkmil İdarəçilik Beynəlxalq Fondunun təsisçisi və direktoru Ceyms Uilson hazırda dünyanın ən aktual problemi fonunda Ermənistanın eqoist siyasətini təhlil etməklə onun mənfur niyyətini ortaya qoyur. Bildirir ki, Avropa və bütün dünya koronavirusla mübarizə aparmaq və pandemiyadan təsiri ilə zəifləmiş iqtisadiyyatını dirçəltmək üçün yollar axtararkən, iyulun 12-də Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdi. Müəllif əminliklə bəyan edir ki, istənilən rasional təhlilə əsasən, sərhəddə baş verən son atışmalarda yalnız Ermənistan amili var idi.

Dağlıq Qarabağdan 300 kilometr şimalda - iki ölkənin sərhədində gedən döyüşlərin 20 nəfərədək hərbi və mülki şəxsin həyatını itirməsi ilə nəticələndiyini bildirən müəllif Aİ-nin tərəflərə ünvanladığı çağırışları xatırladır.

Ceyms Uilson tərəflər arasında münaqişənin əsas səbəbinin beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan, lakin hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın olduğunu xatırladır. Qeyd edir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı dünya ictimaiyyəti tərəfindən yekdilliklə qəbul olunub.

Müəllif yazıda Ermənistanın üçüncü tərəflərin hərbi və siyasi dəstəyinə acizanə ehtiyacı olduğunu bildirir. Qeyd edir ki, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) güvənən Ermənistan Moskvanın və KTMT-nin Dağlıq Qarabağ məsələsində Ermənistana hərbi dəstək verməməsindən təəccüblənir.

Məqalədə, həmçinin koronavirus pandemiyasının Ermənistanı siyasi, sosial, iqtisadi təsirləri təhlil olunur. Bildirilir ki, hələ ilin əvvəlində - mart ayında ölkədə fövqəladə vəziyyət elan edilib və bunun nəticəsində iqtisadi fəaliyyət iflasa uğrayıb, işsizlik artıb, səhiyyə sistemi böhranla üzləşib.

Ermənistanın siyasi idarəçiliyindəki problemlərə toxunan Ceyms Uilson bildirir ki, baş nazir Nikol Paşinyan böhranın idarə edilməsində səmərəsiz fəaliyyətinə və pandemiya ilə mübarizədə uğursuzluğuna görə müxalifət tərəfindən sərt tənqid olunur. Diqqətə çatdırılır ki, diqqəti pandemiyanın idarə edilməsindəki uğursuzluqdan yayındırmaq üçün Paşinyanın Azərbaycanla sərhəddə təxribata ehtiyacı var idi. Bu dəfə təxribatlar əvvəlcədən hazırlanmışdı. İyulun 10-da Ermənistanın yenilənmiş milli təhlükəsizlik strategiyası vasitəsilə Rusiya ilə ittifaqına və KTMT-yə üzvlüyünə diqqət çəkildi. Başqa sözlə, atışmadan bir neçə gün əvvəl Kremlə kollektiv təhlükəsizliyə dair xatırlatma göndərildi. Hərbi baxımdan Azərbaycanın şimal-qərb bölgələri erməni hərbçilər üçün asan qənimət kimi görünə bilərdi. Ermənistan Azərbaycan ərazisinə irəliləməyi və yeni ərazilər işğal etməyə ümid edirdi. Bu yeni taktika həm də Ermənistanın müdafiə naziri David Tonoyanın “Yeni ərazilər uğrunda yeni müharibə” strateji doktrinasına uyğun gəlir.

Bu regionun döyüş meydanı kimi seçilməsinin digər səbəbinin yaxınlıqdan keçən əsas enerji infrastrukturları olduğunu bildirən Ceyms Uilson deyib: “Son onilliklərdə Azərbaycan tərəfindən təşəbbüsü və birbaşa iştirakı ilə inşa edilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında vacib enerji və nəqliyyat dəhlizləridir. Azərbaycan və Türkiyə ilə münasibətdə düşmənçilik siyasəti sayəsində bu cür vacib layihələrdən kənar qalmış Ermənistan iqtisadi və siyasi təzyiq göstərmək üçün bu infrastrukturları hədəf almaqla təhdid edir”.

Müəllif hesab edir ki, Ermənistanın tərəfindən başladılan sərhədyanı toqquşmalar genişmiqyaslı müharibəyə, gələcəkdə isə böyük geosiyasi qarşıdurmaya çevrilə bilər.

Sonda müəllif bildirir ki, Avropa İttifaqı Qafqazda dayanıqlı sülhə nail olmaq üçün bölgə ilə bağlı diplomatiyasını gücləndirməli, Paşinyanın regionu heç kimin xeyrinə olmayacaq müharibəyə sürükləyən təxribatçı hərəkətlərdən çəkindirmək istiqamətində fəal səylər göstərməlidir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib