REGİONLAR
Evində çətənə bitkiləri becərən Quba sakini saxlanılıb VİDEO
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Fərman Mirişov əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşayıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.