İDMAN


F1: “Pirelli” final mərhələsinə və sınaqlara hazırdır

Bakı, 27 noyabr, AZƏRTAC 

“Pirelli” şirkəti Formula 1 çempionatının 2019-cu il mövsümündə Əbu-Dabidə keçiriləcək final mərhələsi üçün C3, C4 və C5 adlı şinlərin yumşaq komplektini gətirəcək.

AZƏRTAC xəbər verir ki, İtaliya şirkətinin avtomobil yürüşləri bölməsinin rəhbəri Mario İzola qarşıdakı mərhələdən və gələn həftə keçiriləcək yeni sınaqlardan danışıb. O deyib: “Əbu-Dabi mərhələsi ilə daha bir uzunmüddətli mövsüm başa çatır, lakin Qran-Pridən sonra da işlər Formula 1 və Formula 2 sınaqları üzrə davam edəcək. Bu testlərdə 13 düyümlük və 18 düyümlük şinlərdən istifadə ediləcək. Biz ümumilikdə Əbu-Dabi mərhələsində yürüş və sınaqlar üçün 4500 şin gətirəcəyik ki, bu da həmişə olduğundan iki dəfə çoxdur.

Formula 1-dən sonra keçiriləcək ikigünlük testlər çox mühümdür, çünki komandalar xüsusi hazırlanmış maşınlarda və reprezentativ şəraitdə 2019-cu və 2020-ci illərin şinlərini müqayisə etmək imkanı qazanacaqlar. Amma bundan əvvəl mövsümün final mərhələsi keçirilməlidir.

Uik-endin gedişində bizim yeni dairə rekordları görəcəyimiz ehtimalı böyükdür, belə ki, indi 2019-cu ilin şinləri barədə komandaların sərəncamında maksimum informasiya var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.