DÜNYA


FED uçot dərəcəsini artırıb

Bakı, 27 iyul, AZƏRTAC

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artıraraq 2,25-2,5%-ə çatdırıb.

AZƏRTAC FED-ə istinadla xəbər verir ki, komitə uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, o, federal fondlar üzrə uçot dərəcəsinin hədəf diapazonunu 2,25-2,5%-ə yüksəltmək qərarına gəlib. Həmçinin hədəf diapazonunun daha da artırılmasının məqsədəuyğun olacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.