CƏMİYYƏT


FHN Dövlət Yanğın Nəzarəti Xidmətində əməliyyat müşavirəsi keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində əməliyyat müşavirəsi keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində Dövlət Yanğın Nəzarəti Xidməti aparatının şöbə rəisləri və dövlət yanğın nəzarəti idarələrinin rəisləri iştirak ediblər.

Müşavirədə son günlər qardaş Türkiyənin bəzi bölgələrini cənginə alan və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd olunub. Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiqlənmiş mövcud tədbirlər planı haqqında danışaraq, yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə aidiyyəti dövlət orqanları ilə birgə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.