SİYASƏT


FHN: Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşması ilə bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a verilən məlumatda humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncəni yenidən raket atəşinə tutması nəticəsində yaşayış evlərinə düşən raketlərin həmin evləri tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı vurğulanıb.

Qeyd edilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri, o cümlədən nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.