CƏMİYYƏT
FHN: Ötən sutka 47 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 13 sentyabr, AZƏRTAC
Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 47 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 2 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində dörd nəfər xilas olunub, həmçinin Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarında kondisioner mühərrikinin yerindən qoparaq asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və təhlükə aradan qaldırılıb.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.