CƏMİYYƏT


FHN havaların isinməsi ilə əlaqədar artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib VİDEO

Bakı, 2 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların isinməsi ilə əlaqədar işğaldan azad olunan ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi.

Hazırda ərazilərin yenidən qurulması və bərpası, infrastruktur və digər obyektlərin tikintisi və başqa fəaliyyətlərlə bağlı xüsusi icazə əsasında işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil edilir.

Havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.

Yuxarıda qeyd olunanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı mina təhlükəsi ilə əlaqədar yanğınsöndürənlərin həyati risk daşıdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə xüsusi icazə ilə səfər edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.