CƏMİYYƏT


FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 20-29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təcrübəli müəllim heyəti tərəfindən təşkil olunan kursların tədrisi FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin müxtəlif qaynaq tikişlərinin və ilmələrin yerinə yetirilməsi səviyyəsinin yüksəldilməsinə, bu istiqamətdə biliklərinin artırılmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.