İDMAN


FHN-in əməkdaşı daha bir uğura imza atıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman Sarayında, açıq hava şəraitində Stronqmen güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC -a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 80 kiloqram çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift (Ağırlığı başın üzərinə qaldırmaq), Deadlift (Ağırlığı yerdən qaldırmaq) və 2 tondan çox ağırlığı olan maşını dartmaq hərəkətində 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.