İQTİSADİYYAT


FRANSANIN KƏND TƏSƏRRÜFATINA BÖYÜK ZİYAN DƏYMİŞDİR

Avqust ayının 1-dən 20-nə kimi keçən bərk istilər Fransanın kənd təsərrüfatına böyük ziyan vurmuşdur. Mütəxəssislərin apardıqları hesablamalara görə, istilərin şiddətli dövründə ölkənin 55 departamentində taxılçılıq, heyvandarlıq, quşçuluq və meyvə-tərəvəz sahələrinə, meşələrə külli miqdarda zərər dəymişdir. İtkilərin hesabı aparılarkən 1,5 milyon toyuğun, 36 min donuzun istidən məhv olduğu müəyyən edilmişdir.

Meşələrə daha çox ziyan dəymişdir. Yanğınsöndürənlərin fədakarlığına baxmayaraq, təxminən 28 min hektar meşə yanmışdır.

Quraqlıq taxılçılıq sahəsinə də böyük zərər vurmuşdur. Qarğıdalı sahələrinə 265 milyon avro həcmində ziyan dəymiş, ölkənin ixracatında mühüm yer tutan taxıl istehsalı xeyli azalmışdır.

Ümumiyyətlə, builki istilərin ölkəyə təxminən bir milyard avro zərər vurduğu bildirilir. Dövlət təbiətin vurduğu zərəri aradan qaldırmaq üçün zərərçəkənlərə 500 milyon həcmində yardım ayırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.