İDMAN


FUTBOL ÜZRƏ 2006-CI İL DÜNYA BİRİNCİLİYİNİN İLK OYUNUNU ALMANİYA MİLLİ YIĞMASI BAŞLAYACAQDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya birinciliyinin iyunun 9-da Münhenin Olimpiya stadionunda təntənəli açılış mərasimindən sonra qrupda ilkin oyunu keçirmək üçün meydana Almaniya milli yığması çıxacaqdır.

FİFA-nın 2006-cı il dünya birinciliyinin təşkilat komitəsi bu barədə qərarını oktyabrın 27-də Münhendə keçirdiyi iclasından sonra elan etmişdir.

Almaniya milli yığmasının qrupdakı rəqibləri hələlik məlum deyildir. Onlar 2005-ci il dekabrın 9-da Leypsiq şəhərində keçiriləcək püşkatma mərasimində məlum olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.