İQTİSADİYYAT


Fatih Birol: Azalan enerji tələbatına baxmayaraq, bərpaolunan enerji inkişaf edir

Bakı, 23 noyabr, AZƏRTAC

Qlobal miqyasda azalan enerji tələbatına baxmayaraq, bərpaolunan enerji inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

F.Birol bildirib ki, günəş elektrik stansiyaları qlobal enerji tələbatının azalması fonunda elektrik enerjisi sektorunun “yeni kralı” olub. COVID-19 səbəbindən azalan enerji tələbatı fonunda neft sektoru ən böyük zərbəni alıb, lakin bərpaolunan enerji sektoru sürətlə böyüməyə davam edir. Enerji tələbatında cari ildə müşahidə olunan azalma 2008-ci və 2009-cu illərdəki maliyyə böhranlarından sonrakı geriləmədən 7 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.