İDMAN


“Fəcr kuboku”nun “Masters” turnirində şahmatçımız məğlubiyyətsiz irəliləyir

Bakı, 6 fevral, AZƏRTAC 

Fevralın 6-da Tehranda azərbaycanlı şahmatçı Azər Mirzəyevin də iştirak etdiyi 27-ci “Fəcr kuboku” şahmat festivalının “Masters” turnirinin ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ikinci turda Azər Mirzəyev İran təmsilçisi Mehran Azamikia üzərində qələbə qazanıb və xallarının sayını 1,5-ə çatdırıb.

Yarışda 21 ölkədən 128 şahmatçı (18 qrossmeyster) mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət “Masters” turnirinə fevralın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.