İDMAN


“Fənərbağça” səfərdə “Konyaspor”u məğlub edib

Bakı, 9 mart, AZƏRTAC

Martın 8-də futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Fənərbağça” səfərdə “Konyaspor”un qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərinin qapısından üç cavabsız top keçiriblər. “Fənərbağça”nın qollarını Atilla Szalai, Osayi Samuel və Sərdar Əziz vurub.

Günün digər matçında “Trabzonspor” öz meydanında “Alanyaspor”a 1:3 hesabı ilə uduzub. “Göztəpə” isə doğma divarlar arasında “Ərzurumspor”u 3:1 hesabı ilə üstələyib. “Antalyaspor” – “Kasımpaşa” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xalla “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xal toplayan “Fənərbağça” qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.