İDMAN


Ferdinand Feldhofer: Bakının gözəlliyi məni valeh etdi

Bakı, 3 avqust, AZƏRTAC

Üçüncü təsnifat mərhələsində asan rəqib olmadığını bilirik. Bu komandanı çoxdan izləmişik. Ötürmələri əla edirlər. Bu komandaya düşünməyə imkan verməməliyik. Driblinq etməyi bacarırlar.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Neftçi” klubunun qonağı olacaq Avstriyanın “Rapid” komandasının baş məşqçisi Ferdinand Feldhofer matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Bakı çox gözəl şəhərdir. Buranın gözəlliyi məni valeh etdi. Ümid edirəm ki, sabah buradan qələbə ilə ayrılacağıq.

O, Avstriyada olarkən Bakıdakı rütubətin, saat fərqinin, istinin, səfər yorğunluğunun “Neftçi”nin işinə yarayacağını bildirmişdi. “Bakcell Arena”dakı mətbuat konfransına Bakıdakı tıxac səbəbindən gecikən “Rapid”in baş məşqçisi bunun sabah keçiriləcək matça təsir etməyəcəyini vurğulayıb: “Tıxac problemi bütün ölkələrdə var. İnanmıram ki, bu, bizə sabahkı oyunda psixoloji problem yaradar. Ancaq nəzərə alsaq ki, hava sabah isti olacaq, o zaman deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çalışacağıq ki, bu problemləri oyunumuz zamanı büruzə verməyək”.

Qeyd edək ki, “Neftçi” klubu “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.