SİYASƏT
Fəzail İbrahimli: Hər bir azərbaycanlı əmindir ki, bu döyüşlər Ordumuzun qələbəsi ilə başa çatacaq
Bakı, 28 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Ordusu çox güclü, peşəkar və qüdrətli ordudur. Silahlı Qüvvələrimizin düşməni ağır itkilərə məruz qoyaraq əldə etdiyi qələbələr bunu deməyə tam əsas verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli deyib.
Fəzail İbrahimli Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun bu döyüşlərdən uğurla çıxacağına əminliyini bildirib. O vurğulayıb ki, Azərbaycanın işi haqq işidir və Ordumuz bu döyüşləri uğurla başa vuracaq. Hər bir azərbaycanlı buna əmindir.
Parlament Sədrinin müavini qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının bu gün öz mövqeyini ortaya qoyması, həmrəylik nümayiş etdirməsi çox önəmlidir.