DÜNYA


Finlandiya dünyanın ən yaxşı ölkəsi elan edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Finlandiya “Ən yaxşı ölkələr” indeksində (“The Good Country Index”) 153 ölkə arasında ilk yerə layiq görülüb. Bu reytinq cədvəli konkret bir ölkənin öz miqyası çərçivəsində bəşəriyyətin rifahına verdiyi töhfəyə görə tərtib olunur.

AZƏRTAC “Rossiyskaya Qazeta”ya istinadla xəbər verir ki, reytinqdə yekun nəticələr BMT, UNICEF, BVF kimi beynəlxalq təşkilatların onlarla parametrlər üzrə təqdim etdikləri məlumatlar əsasında hazırlanır. Tərtibatçılar bildirirlər ki, onlar reytinq vasitəsilə konkret bir ölkənin bəşəriyyətə faydası, yaxud ona yük olması ilə bağlı vəziyyəti əyani şəkildə təqdim etmək istəyirlər.

Finlandiya ötən il 2017-ci ildə tutduğu dördüncü yerdən ilk pilləyə yüksəlib və reytinq cədvəlində İrlandiya, İsveç, Almaniya, Danimarka kimi ölkələri geridə qoya bilib. “Ən yaxşı ölkələr” reytinqində ilk onluğa Kanada, İsveçrə, Norveç, Fransa və İspaniya da daxildir.

Ekspertlərin qənaətinə görə, Finlandiya ətraf mühitin mühafizəsi, bolluq və bərabər hüquqların təmin olunması, patentlər, hərəkət sərbəstliyi və mətbuat azadlığı, kibertəhlükəsizlik, sərbəst ticarət və digər parametrlər üzrə başqa ölkələrdən irəlidədir.

Reytinq cədvəlində sonuncu – 153-cü yeri isə İraq tutur. Liviya, Yəmən, Mavritaniya da siyahının sonunda qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.