DÜNYA
Florida qubernatoru Senata təkrar səsvermənin qalibi olub
Vaşinqton, 19 noyabr, AZƏRTAC
Noyabrın 6-da ABŞ-da keçirilən aralıq seçkilərdən iki həftə sonra Florida ştatının respublikaçı qubernatoru Rik Skott bu əyalətdən Senata ayrılmış yer uğrunda mübarizənin qalibi olub. Noyabrın 18-də keçirilən təkrar səsvermədən sonra onun rəqibi olan demokrat-senator Bill Nelson öz məğlubiyyətini etiraf edib. Skott bildirib ki, rəqibi ona zəng edərək qələbə münasibətilə təbrik edib. Prezident Tramp isə “Twitter” səhifəsində yeni senatora təbrikini çatdırıb.
R.Skottun qələbəsi xəbəri əvvəlki seçkilərdə problemlərlə bağlı bütün ölkənin diqqətini cəlb edən təkrar səsvermədə səslərin uzunmüddətli sayılması prosesini başa çatdırıb. Xatırladaq ki, noyabrın 6-da keçirilmiş seçkilərin ilkin nəticələrinə görə, Skott rəqibini təxminən 12 500 səs (0,15 faiz) qabaqlamışdı. Lakin səsvermədən bir gün sonra bülletenlərin sayıldığı Brouard və Palm-Biç əyalətləri ucbatından bu prosesə yekun vurmaq mümkün olmayıb. Florida qanunlarına əsasən, əgər namizədlərdən birinin topladığı səs 0,5 faiz və daha çoxdursa, nəticələr kompüter vasitəsilə təkrar hesablanır. Bundan sonra, fərqin 0,25 faiz olduğu təqdirdə bülletenlər yenidən və əllə sayılır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton