İQTİSADİYYAT


“Flynas” 3 istiqamətdən Bakıya aviareyslərə başlayacaq

Bakı, 20 fevral, Elvin Camalov, AZƏRTAC

Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkəti 3 istiqamətdən Bakıya uçuşlar həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkət öz “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilir ki, “Flynas” bu il iyunun 1-dən Səudiyyə Ərəbistanının Ər-Riyad, Dammam və Qəsim şəhərlərindən Bakıya aviareyslərə başlayacaq. Şirkət Ər-Riyaddan və Dammamdan Bakıya həftədə 4 dəfə, Qəsimdən isə həftədə 2 dəfə uçuşlar etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.