Fond: Ləğv prosesində olan bankın kreditorlarının tələblərinin qeydiyyatına başlanılıb
AzerTAg.az

Bakı, 25 may, AZƏRTAC
Ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatına artıq başlanıldı.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilib ki, qurum ləğv prosesində olan “Günay Bank” ASC-nin ləğvedicisi olaraq ötən gün kütləvi informasiya vasitələrində kreditor tələblərinin qeydiyyata alınması ilə bağlı bildiriş yayımlamışdır. Sözügedən bildirişə əsasən, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları iyulun 18-dək bankın baş ofisinə müraciət edərək təqdim etməlidirlər:
kreditorun adı və ünvanı;
tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Günay Bank” ASC-nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941
Xəbərin mətnində orfoqrafik səhv var