CƏMİYYƏT


“Forbes” jurnalı: İspaniyalı tibb işçiləri dünyada ən yaxşı mütəxəssislərdir

Madrid, 13 dekabr, AZƏRTAC

“Forbes” jurnalı 2018-ci ilə yekun vuraraq, ənənəvi olaraq, maddi vəziyyət, populyarlıq və ya peşəkarlıq nailiyyətləri barədə reytinqlər dərc edir.

AZƏRTAC xəbər verir ki, qarşıdan gələn 2019-cu ilin astanasında jurnal İspaniyanın 100 ən yaxşı tibb işçisinin siyahısını hazırlayıb. Bu reytinq iştirakçılarının 90 faizinin Barselona və Madridin tibb mərkəzlərinin həkimləri və yalnız 16 faizinin qadınlar olması faktı dərhal diqqəti çəkir.

Barselona və Madrid tibbi xidmətin keyfiyyətinə görə liderdirlər. Çünki məhz orada ölkənin ən müasir və innovasiyalı hospitalları yerləşir. “Hospital La Paz”, “Hospital La Luz”, “Hospital Gregorio Marañón”, “Hospital Fundación Jiménez Díaz” və “Hospital Ramón y Cajal” bu il yenə də ən yaxşılar sırasındadır.

Nəşrdə qeyd edilir ki, ispaniyalı tibb işçiləri dünyada ən yaxşı mütəxəssislərdir. Bu ölkə özünün çox yaxşı inkişaf etmiş səhiyyə sistemi ilə fəxr edə bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.