İDMAN


Formula 1 Monako Qran-Prisinin formatında müəyyən dəyişikliklər edilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Formula 1 Monako Qran-Prisi növbəti mövsüm də keçiriləcək.

Bir müddət əvvəl knyazlıq ölkəsindəki Qran-Prini Mayamidəki yarışın əvəzləyəcəyi haqda məlumatlar yayılsa da, Formula 1 rəhbərliyi Monakodakı yürüşün təşkilatçıları ilə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, Monako Qran-Prisinin formatında müəyyən dəyişikliklər edilib. Əvvəllər Monako Qran-Prisində sərbəst yürüşlər cümə axşamından etibarən təşkil edilirdisə, bu dəfə təqvimin müddəti azaldılıb. Bolidlər yalnız cümə günündən etibarən trassa çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.