Formula 1 Niderland Qran-Prisinə hazırlıq plana uyğun olaraq davam edir
AzerTAg.az

Bakı, 12 avqust, AZƏRTAC
Formula 1 Niderland Qran-Prisinə hazırlıq plana uyğun olaraq davam edir. COVID-19 xəstələrinin sayı azalır. Biz Niderland tarixinin ən böyük idman yarışını təşkil edəcəyik. Bu, xüsusi bir hissdir.
AZƏRTAC xəbər verir ki, bunu Niderland Qran-Prisinin idman direktoru Yan Lammers yarışa hazırlıqla bağlı danışarkən deyib.
O, tribunaların təxminən 70 faizinin hazır olduğunu bildirib.
Zandfortdakı yenidən qurulan trasda Niderland Qran-Prisi 2020-ci ildə keçirilməli olsa da, pandemiya səbəbindən ləğv edilib. 1985-ci ildə dünya çempionatının mərhələsinə sonuncu dəfə ev sahibliyi edən bu trasda yarış bu il sentyabrın ilk həftəsonuda təşkil olunacaq.
Avqustun 13-də ölkə rəhbərliyi epidemioloji vəziyyətlə bağlı nə qədər tamaşaçını yarışa buraxmaqla bağlı qərar verəcəyi gözlənilir.
Xəbərin mətnində orfoqrafik səhv var