İDMAN


Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq

Vyana, 31 may, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra Formula 1 Qran-Pri yarışları Avstriyada davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, Avstriya Federal Səhiyyə Nazirliyi 5 və 7 iyul tarixləri üçün nəzərdə tutulan yarışlar üçün təqdim olunan konsepsiyanın tibbi öhdəliklərə cavab verdiyini açıqlayıb. Azarkeşlər yürüşləri yalnız mavi ekranlardan izləyə biləcəklər, avtodromda tamaşaçıların iştirakına icazə verilməyib.

Avstriyanın Ştiriya federal əyalətində yerləşən Şpilberq avtodromundan bildirilib ki, iki yürüşün keçirilməsi üçün hazırlıqlar görülüb və bütün iştirakçıların tibbi nəzarəti üçün lazımi tədbirlər görüləcək.

Qeyd edilməlidir ki, Formula 1 tarixində ilk dəfə olaraq bir mövsüm ərzində eyni məkanda iki yürüş (özü də bir həftə ərzində) keçiriləcək. Pandemiya ilə əlaqədar builki mövsümdə on yürüş təxirə salınmalı olub. Mövsümü başa vurmaq üçün hələ on beş yürüş keçirilməlidir, lakin Formula 1 rəsmiləri əlavə təqvim cədvəli ilə hələlik açıqlama verməyiblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.