REGİONLAR
Fövqəladə hallar naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında sentyabrın 29-da saat 9.00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]