CƏMİYYƏT


Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı, 9 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aprelin 12-də saat 11.00-dan Quba şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı aprelin 11-də saat 09.00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected] .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.