CƏMİYYƏT
Fövqəladə hallar naziri Sabirabadda vətəndaşları qəbul edəcək
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də saat 11.00-dan Sabirabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 24-də saat 09.00-da Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].