CƏMİYYƏT
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə iyulun 16-da Qəbələdə yerləşən İntellektual İnkişaf Naminə İctimai Birliyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Birliyin “Yay məktəbi”nin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə iştirakçılara Mərkəzin əməkdaşları tərəfindən “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə və meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Sel və daşqın”, “Nəqliyyat qəzaları” və “112 - qaynar telefon xətti” mövzularında məlumat verilib, videoçarxlar nümayiş olunub.
Sonda mövzulara dair suallar cavablandırılıb, şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitabçalar təqdim edilib.