REGİONLAR


Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin və “Campus-France Azərbaycan” bürosunun koordinatoru Mədinə Mollayeva Naxçıvan Dövlət Universitetində olublar.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə universitetin Media Mərkəzində qonaqlara “Universitet televiziyası” və “Nuhçıxan” radiosunun fəaliyyəti haqqında məlumat verilib.

Sonra keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Fransanın Bordeaux, Puatye, Ruan universitetləri ilə əməkdaşlıq müqavilələrinin olduğunu diqqətə çatdıran rektor Anje, Brotan, Tur universitetlərinə də tərəfdaşlıq üçün müraciət edildiyini bildirib. O qeyd edib ki, cari tədris ilindən etibarən universitetin Turizm və otelçilik ixtisası üzrə təhsil alan 1 tələbəsi təqaüd proqramı çərçivəsində ali təhsilini Fransada davam etdirir.

Qonaq Fransa ali təhsilinin təbliği, ölkənin ali məktəblərinə qəbul və beynəlxalq mobillik üzrə çalışan təşkilat - “Campus-France” haqqında məlumat verib. Bildirilib ki, səfər “Kənar şəhərlərdə Campus France günləri” keçirmək məqsədilə könüllülük prinsipi əsasında dəvət olunmuş şəxslərin Naxçıvan Dövlət Universitetində fransız dilinin tədrisinə yardım etmək məqsədi daşıyır.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov qonağın təkliflərini dəyərləndirib və gələcək əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. Həmçinin Seymur Talıbov fransız dilinin tədrisinə kömək məqsədilə xüsusi proqram əsasında keçiriləcək dərslərin əhəmiyyətini vurğulayıb.

Sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fransız dilindən dərs deyən müəllimlərlə görüş keçirilib. Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin ERASMUS+ təqaüd proqramından danışıb, müəllimlərin də bu proqram vasitəsilə təcrübə keçə biləcəklərini diqqətə çatdırıb.

Fransız-Amerikan Menecmentlik Mərkəzi, ERASMUS+ təqaüd proqramı və Fransada ali təhsil ilə bağlı təqdimat olub. Həmçinin ali təhsil ocağında “Campus-France” stendi qurulub, tələbələrə təhsil və təqaüd proqramları ilə bağlı təbliğat materialları paylanılıb. Təqdimat zamanı ikili fransız-Azərbaycan diplomunun əhəmiyyətini qeyd edən qonaq proqramın Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün nəzərdə tutulduğunu bildirib. Tələbələrin distant təhsil haqqında www.campusfrance.org saytı vasitəsilə də məlumat ala biləcəkləri bildirilib.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.