DÜNYA


Fransada COVID-19 sanitar böhranı: hökumət üzvlərinin evində və iş yerində axtarışlar

Paris, 15 oktyabr, AZƏRTAC

Fransada iyul ayında COVID-19 pnademiyasının idarə edilməsi ilə bağlı hökumət üzvlərinə qarşı təxminən 90 şikayət verilib və bunlardan yalnız 9-u qəbul edilib.

Bu gün həmin şikayətlərlə bağlı təhqiqat çərçivəsində hökumətin bugünkü və keçmiş üzvlərindən bəzilərinin evində və iş kabinetində yoxlama aparılıb.

AZƏRTAC xəbər verir ki, Fransada COVID-19 epidemiyasının yaratdığı sanitar böhranının idarə edilməsində səhvlərə yol verilməsində şübhələrlə bağlı iyul ayından Ədliyyə Məhkəməsində istintaq açılıb.

Bu gün həmin məhkəmənin apardığı təhqiqatlara uyğun olaraq, Fransanın Səhiyyə naziri Olivye Veran, Səhiyyə üzrə Baş İdarənin direktoru Jerom Salomon, eləcə də sabiq Baş nazir Eduard Filip, sabiq səhiyyə naziri Anyes Büzenin evində və iş kabinetində axtarışlar aparılıb.

Axtarışların siyasi və səhiyyə hakim dairələr tərəfindən COVID-19 epidemiyasının idarə edilməsi çərçivəsində aparıldığı bildirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.