DÜNYA


Fransada həftə sonu karantin rejiminin tətbiqi gözlənilir

Paris, 3 mart, AZƏRTAC

İl-dö-Frans (İle-de-France) regionunda COVID-19 pandemiyasına yoluxma sayının artımı böyük narahatçılıq doğurub. Fransanın Şimalında olduğu kimi, Parisdə də həftə sonu karantin rejiminin tətbiq olunacağı ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, həftə sonu karantin rejimi ilə bağlı fikirlər regional səhiyyə ajansı və şəhər meriyası arasında aparılan müzakirələrdə səsləndirilib. Qeyd edilib ki, martın 6-dan etibarən Paris və onun ətrafında həftə sonu karantin rejimi tətbiq oluna bilər.

Fransa Prezidenti əhalinin 4-6 həftə müddətində virusa qarşı ciddi mübarizə aparılmasının vacibliyini vurğulayıb. Səhiyyə naziri isə 4-6 həftə müddətində pandemiya ilə bağlı qadağalarda heç bir yumşalma gözlənilmədiyini diqqətə çatdırıb. Səhiyyə üzrə Baş Direktor Jerom Salomon milli səviyyədə daha ciddi qadağa tədbirlərinin görüləcəyinin istisna olmadığını bildirib.

Ölkənin Şimalında artıq xəstəxanalarda yer olmadığı üçün xəstələrin digər regionlara transferi başlayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.