DÜNYA


Fransada koronavirus yeniyetmələr arasında geniş yayılıb

Paris, 12 aprel, AZƏRTAC

Fransada koronavirusun yeniyetmələr arasında geniş yayılması narahatlıq doğurub. Son həftədə yeniyetmələr arasında 50 702 yeni yoluxma qeydə alınıb ki, bu da 31 faiz artım deməkdir. Ölkədə koronavirus xəstələrinin 80 faizi Britaniya ştammı ilə yoluxub.

Fransada son sutkada COVID-19 infeksiyasına 35 min yeni yoluxma və 176 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirib ki, xəstəxanalarda 30 671 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 5838 ağır koronavirus xəstəsi intensiv müalicə alır. Epidemiya başlayandan xəstəxanalarda 309 787 koronavirus xəstəsi sağalıb. Ölkədə koronavirus qurbanlarının ümumi sayı 98 750-yə çatıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.