DÜNYA
Fransanın siyasi partiya və sosial sorğu maniyası
Paris, 22 oktyabr, AZƏRTAC
Fransada sabiq Baş nazir Eduard Filipin yeni yaratdığı partiya 590 siyasi partiya arasına daxil olub. Siyasi partiya sayına görə rekord vuran ölkə keçirilən sosial sorğu sayına görə də liderdir.
AZƏRTAC xəbər verir ki, “Franceinfo” televiziya kanalında Fransada son illər sosial sorğuların sayının artmasından danışılıb. Bildirilib ki, 2002-ci ildə ölkədə 193 sorğu keçirilmişdisə, 2012-də onların sayı 409-a, 2017-ci ildə isə 560-a çatıb. Bu il isə sosial sorğunun sayının həqiqətən də əsl rekord vuracağı gözlənilir.
Qeyd edilib ki, əvvəllər sorğunun nəticəsində lider olan şəxs seçkilərdə qalib gəlmirdisə, artıq bu ənənə də dəyişib. Sorğunun nəticələrinə əsasən qalib elan edilir. Bununla belə, vurğulanıb ki, 1994-cü il seçkilərində Jak Şirak qalib gəlsə də, seçkidən əvvəl keçirilmiş sorğulara digər namizədlər ondan daha çox səs toplayırdı. Məsələn, 1994-cü il sosial sorğularının nəticəsində Jak Şirak 14 faiz, Jak Dölor isə 29 faiz səs toplamışdı. Nəticədə az səs toplayan prezident seçilmişdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris