ELM VƏ TƏHSİL
Fransız dilinin tədrisi ilə bağlı onlayn seminarlar təşkil edilib
Bakı, 2 aprel, AZƏRTAC
COVID-19 pandemiyasına qarşı mübarizə günlərində Paris Fransız İnstitutunun dəstəyi ilə fransız dilinin tədrisində aktual problemlərlə bağlı ödənişsiz veb-seminarlar (webinaire) təşkil edilir. Azərbaycan Dillər Universitetinin fransız dili müəllimləri #evdəqal aksiyasını davam etdirməklə bu seminarlara qoşularaq yeni metod və yanaşmalarla tanış ola bilərlər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminara qoşulan Madrid və Şanqay Fransız İnstitutunun müəllimləri distant (məsafəli) dərslərin təşkilindən bəhs edəcək və pedaqoji yanaşmalarını bölüşəcəklər.
İlk seminar aprelin 2-si Paris vaxtı ilə saat 16:00-da təşkil ediləcək. Qeydiyyat və növbəti seminarların tarixləri ilə bağlı aşağıdakı linkdən məlumat almaq olar: