DÜNYA


“Fred” şirkətinin kruiz gəmisi Korinf kanalını keçən ən böyük gəmi kimi tarixə düşüb VİDEO

Afina, 11 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın “Fred” şirkətinə məxsus, uzunluğu 195,82, eni isə 22,52 metr olan kruiz gəmisi Yunanıstanın Korinf kanalını keçən ən böyük gəmi kimi rekord müəyyənləşdirib.

Böyük Britaniyadan 25 günlük səyahətə çıxan gəmidəki turistlər yunan elm adamlarının iştirakı ilə yaradılan gözəl mənzərəyə heyran qalıblar.

Qeyd edək ki, Korinf kanalının ən dar hissəsinin eni 24 metrdir. Kanal 1880-1893-cü illərdə inşa edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.