İQTİSADİYYAT
Fuat Oktay: İƏT-ə üzv ölkələr arasında Qarabağla bağlı layihələr müzakirə olunur VİDEO
İstanbul, 24 noyabr, AZƏRTAC
Burada İslam Əməkdaşlıq Təşkilatı (İƏT), xüsusilə İƏT-in İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinə üzv ölkələr arasında ticarətin inkişaf etdirilməsi, sərmayələrə təkan verilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması, həm də yeni fürsətlərin yaradılması ilə bağlı çox ciddi layihələr müzakirə olunur. Qarabağ da müzakirə olunan mövzular sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin 37-ci Nazirlər Toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.
Nəzərdə tutulan layihələr haqqında danışan Fuat Oktay deyib: “Müşahidə Mərkəzi də bu layihələrdən biridir. İslami dəyərlər adlanan yeni bir indeksimiz var ki, bu da çox ciddi sərmayə fürsətləri yaradacaq. Halal qida, əmlak və qızıl birjaları da layihələrimizə daxildir. Bir çox vasitələrin inkişafı nəzərdə tutulur. Bunun bütün üzv ölkələrin xeyrinə olacağına və əməkdaşlıqların inkişafı baxımından səmərəli nəticə verəcəyinə inanırıq”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul