DÜNYA


Funt-sterlinqin dəyərini itirməsi Britaniyaya gələn turistlərin sayında artıma səbəb olub

London, 20 avqust, AZƏRTAC 

“Brexit”dən sonra funt-sterlinqin dəyərini itirməsi Birləşmiş Krallığa gələn turistlərin sayında artıma səbəb olub.

Ötən ilin iyun ayı ilə müqayisədə bu il turistlərin sayında 7 faiz artım olub. Britaniyanın turizmdən əldə etdiyi gəlirlər də 2 faiz artıb.

Artıq ölkəni daha münasib qiymətlərlə ziyarət etmək mümkündür. Mütəxəssislərin fikrincə, funt-sterlinqin dəyər itirməsi turizm gəlirlərini artırsa da, Londonda və Mançesterdə terror aktları da məhz bundan sonra törədilib.

Britaniyalıların digər ölkələrə səyahətində də 4 faizədək artım müşahidə olunub. Lakin ölkə valyutasının dəyərinin aşağı olması onlara sərf etmir. Belə ki, ötən illə müqayisədə 15 faiz daha artıq pul xərclənib.

Britaniyaya ən çox turist Şimali Amerikadan gəlir ki, bu da funt-sterlinqin dollar qarşısında kəskin dəyər itirməsinin bariz nümunəsidir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.