İDMAN
Futbol üzrə Azərbaycan millisi Bəhreynə yollanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi Bəhreynə yola düşüb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Nikola Yurçeviçin komandası Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Manamaya uçub.
Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Milli komanda həmin matçdan dərhal sonra “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstanla oyunu üçün Budapeştə gedəcək. Oktyabrın 13-də keçiriləcək Macarıstan-Azərbaycan oyunu “Groupama Arena”da saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]