İDMAN


Futbol üzrə Birinci divizionda çempion müəyyənləşib

Bakı, 6 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Birinci divizionunda 2020-2021-ci illər mövsümünün başa çatmasına iki tur qalmış qızıl medalların sahibi müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Türk Hava Yolları Futbol Mərkəzində “Kəpəz”i qəbul edən “Neftçi-2” komandası 1:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan “Zaqatala” ilə xal fərqini 11-ə çatdırıb və bununla da çempionluğu rəsmiləşdirib.

Mahmud Qurbanovun komandası cari mövsümdə keçirdiyi 25 görüşdə 19 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.