İDMAN


Futzal üzrə Azərbaycan millisi Niderlandda ilk məşqinə çıxıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da futzal üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda gələn Azərbaycan millisi qrup oyunlarını keçirəcəyi Qroningen şəhərində ilk məşqinə çıxıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, təxminən 1 saata yaxın davam edən hazırlıq prosesi daha çox bərpa xarakteri daşıyıb.

Məşqin sonuna yaxın futzalçımız Maneka taktiki çalışma zamanı zədələnib. Futzalçının çempionat oyunlarında komandaya kömək edib-etməyəcəyi sualına gün ərzində aydınlıq gətiriləcək.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.