İDMAN


Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb

Bakı, 16 yanvar, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borgloon şəhərində Belçika yığması ilə keçiriləcək yoldaşlıq oyununa avtobusla yollanacaq. Belçika-Azərbaycan yoldaşlıq matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Millimizin heyətində Rövşən Hüseynli, Ramiz Çovdarov İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Emanoel Joao Rodrigues (hamısı "Araz-Naxçıvan"), Oliveira Villiams ("Sporting Paris", Fransa), Everton Kardoso “Levante U.D", İspaniya), Emin Kürdov (EKOL), Cohnatas Felipe ("Araz-Naxçıvan"), Eduardo Borges ("Halle-Gooik", Belçika), Rafael Vilela ("Palma Futsal", İspaniya), Fineo De Araujo ("Sporting Paris", Fransa) və Tiaqo Teles Martins (ACCS FUTSAL, Fransa) yer alıblar.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.