İDMAN
Futzal üzrə Birinci və İkinci liqalarda 2021-2022-ci il mövsümünün püşkü atılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Futzal üzrə Birinci və İkinci liqalarda 2021-2022-ci il mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatmadan əvvəl Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yeni mövsümün püşkü atılıb, klubları maraqlandıran suallar cavablandırılıb.
Püşkatmaya əsasən, Birinci Liqanın ilk turunda “Forza Neftçi” – PASO, “Yasamal” – “Ulduz”, “Arenda.az” – “Qarabağ Füzuli”, “Metropoliten” – “Star Karqo”, “Şuşa” – “Baku Fire-2”, ADBTİA – “Zəngilan” və “Dəstə Ordubad” – “Standard” oyunları keçiriləcək.
İkinci Liqanın birinci turunda “Advokat” – “Tim Sport”, “Baku Fire-3” – İSMA, “Borçalı” – “Dalğa”, “Baker Tilly” – “Bibi-Heybət”, “Xan-Lənkəran” – “Rəvan”, “Zülfüqar” – “Azərsu” və “Star Karqo-2” – “Atletiko Baku” matçları oynanılacaq.
Qeyd edək ki, Birinci Liqaya oktyabrın 7-8-də, İkinci Liqaya isə oktyabrın 10-da start veriləcək.