CƏMİYYƏT


Füzuli rayon sakini şikayətinə operativ qaydada baxılaraq həll olunmasına görə prokurorluq əməkdaşlarına minnətdarlıq edib

Bakı, 17 iyul, AZƏRTAC

Füzuli rayonunun Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat məbləğində pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Y.Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Həmin videoçarx Baş Prokurorluğun mətbuat xidməti tərəfindən #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunub. Videoçarxda Y.Baxşalıyev şikayətinə operativ qaydada baxılmasına və məsələnin ədalətli həllinə görə prokurorluq əməkdaşlarına minnətdarlıq ifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.